Viza dəstəyi

VİZA DƏSTƏYİ
Şengen viza məlumat vərəqəsi

Sənədlər yalnız tam şəkildə qəbul edilir. Qalma müddəti 3 aydan aşağı olan Şengen vizasına baxilma müddəti bir qayda olaraq 5 – 7 iş günlərini əhatə edir. Məsləhət görürük ki, sənədlərinizi tam şəkildə səyahətinizin başlanğıcından ən azi bir həftə öncə təqdim edəsiniz. Səfirlik heç bir turizm agentliyi ilə əməkdaşlıq etmir. Sənədlər bir qayda olaraq şəxsən təqdim olunmalıdır.
Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Vizanın bitdiyi vaxtdan sonra ən azı 3 ay etibarlı və ən azı 2 boş səhifəsi olan xarici pasport
2. Şəkil olan səhifə (səh. 3 – 4) və əvvəlki Şengen vizaları, ştampları və qeydləri olan səhifələrin surəti
3. Şəxsiyyət vəsiqəsi + ön və arxa səhifələrin surəti
4. Azərbaycan vətəndaşı olmayan şəxslər üçün: vizanın bitdiyi vaxtdan sonra ən azı 3 ay etibarlı olan Azərbaycan üçün yaşayış icazəsi + ön və arxa səhifələrin surəti
5. Ingilis dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış 1 ədəd ərizə forması
6. Ərizə formasının üzərinə yapışdırılmaqla 1 ədəd biometrik pasport şəkli (6 aydan köhnə olmamalı)
7. Səfərin müddəti və bütün Şengen dövlətləri üçün etibarlı və sığorta ödənişinin maksimal həddı 30.000 avro və ya 50.000 ABŞ dolları olan səyahət sığortası + surəti
8. 35 Avro viza rüsumu və 50 AZN şirkətimiz tərəfindən (istəyə bağlı olaraq) viza dəstəyi xidmət haqqı(6 yaşdan kiçik olan uşaqlar üçün ödənilmir)

Səfər məqsədinin təsdiqi:
Aşağıda göstərilən məlumatları əks etdirən mehmanxana sifarişinin təsdiqi, əsli və ya faksla göndərilmiş:
– Ad, soyad və qalacağınız müddət
– Əvvəlcədən sifariş olunmuş proqram (məsələn:ekskursiya yaxud gəzinti)
Səfirlik vizanın rəsmiləşdirilməsindən əvvəl aviabiletin alınmasını məsləhət görmür!
Nigah haqqında şəhadətnamə və azyaşlı uşaqların doğum haqqında
şəhadətnamələri əsli + surəti
Yetkinlik yaşına çatmış uşaqların şəxsiyyət vəsiqələrinin surəti
Maliyyələşdirilmənin təsdiqi :
Bankdan arayış və maliyyə vəsaiti haqqında bank hesabından çıxarışlar yaxud son 3 ay müddətində kredit kartı ilə ödəmələr aqqında çıxarış
Yaşadığınız dövlətə geri qayıdacağınızı sübüt edən sənədlər :
Aşağıdakı məlumatları əks etdirən iş yerindən arayış: əsli+surəti :
İşəgötürənin ünvanı və telefon nömrələri
Firmada icra etdiyiniz vəzifə, məvacib, işə qəbul edilidiyiz tarix
yaxud
Sahibi olduğunuz şirkətinizin dövlət qeydiyyatı sənədi və VOEN şəhadətnaməsi:əsli+surəti
Daşınmaz əmlaka (ev, torpaq sahəsi) sahibliyinizi təsdiq edən sənədlər: əsli +surəti
Tələbələr tələbə bileti və tələbə olmaq haqqında arayış, təqaüdçülər isə təqaüd haqqında arayışı təqdim etməlidirlər.

Azərbaycana viza rejimi

Viza alınması qaydası
Asan viza

ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

Aşağıdakı ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ bilərlər:
– Rusiya
– Belarus
– Ukrayna
– Moldova
– Gürcüstan
– Qazaxıstan
– Özbəkistan
– Qırğızıstan
– Tacikistan

Aşağıdakı ölkələrin vətəndaşları vizanı Azərbaycan sərhədində ala bilərlər:
– Türkiyə
– İran
Digər xarici ölkələrin vətəndaşları Azərbaycana viza almaq üçün Azərbaycanda fəaliyyət göstərən Turizm şirkətlərinə, Azərbaycanın müvafiq ölkələdəki səfirlik və konsulluqlarına müraciət etməlidirlər.