Azərbaycan Mətbəxi

Mountain View

Azərbaycan mətbəxinin və turistlərin istəyinə əsasən dünyanın müxtəlif yeməklərinin təşkili: Azərbaycan mətbəxinin müxtəlif növ yeməkləri vardır ki, bunlardan

Dolma (sarma)— Azərbaycanın qədim milli xörəklərindən biridir  Dünyada dolmanın 30-a yaxın növü var .Dolmanın bütün növləri Aralıq dənizi və onun ətraf ərazilərinin Balkanlar,Qafqaz,Rusiya,Mərkəzi Asiya və Yaxın Şərq mətbəxlərinə də daxildir.Bütün  dolma növlərinin yanında (balıq dolmasından başqa) masaya qatıq, sarımsaqlı qatıq və ya digər ağatrı məhsulları qoyulur.Dolma, ümumiyyətlə zeytun yağı və düyü ilə hazırlanaraq sarımsaq və qatıq ilə süfrəyə verilir.

Plov– Azərbaycanda ən çox yayılmış xörəklərdən biri də plovdur.Bu xörəyin hazırlanmasının 40 dan çox müxtəlif resepti məlumdur.Azərbaycan plovu ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən qaradan ibarətdir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumax suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir.

Kabab– əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyidir.Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır.Ənənəvi kabablar tez-tez qoyun və ya quzu ətindən lakin ragionlarda, mal əti, keçi, toyuq, balıq, və nadir hallarda dində qadağa olunmuş donuz ətindən hazırlanır.

Ləvəngi– Doldurulmuş balıqdan, toyuqdan və əsasən kütüm balığından hazırlanır. Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir.  Azərbaycanın Abşeron yarımadasında və Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Doldurulmuş balıq adətən Novruz bayramı üçün hazırlanır. Kütüm ləvəngisi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında da bişirilir. Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, limon ,çörək və mütləq narşərab verilir.

Qovurma– qoyun əti və ya quzu ətinin bir hissəsindən pörtlədilmiş soğan,pomidor və zəfərandan hazırlanır.Həmçinin də səbzi qovurma quzu ətindən hazırlanır.

Dovğa– qatıq əsasında turşəng, ispanaq, düyü, quru noxud ilə hazırlanaraq mövsümdən asılı olaraq, soyuq və isti halda istifadə olunur.

Piti-Azərbaycanın məhşur rayonlarından biri olan Şəki rayonunun tanınmış yəməklerinden biridir. Piti qoyun ətinden hazırlanır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər.Bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına , sumaq və təmizlənmiş baş soğan qoyulur.

Balıq-əsasən Xəzər dənizi hövzəsinde geniş yayılmışdır. Azərbaycanın ən məhşur ve dadlı balıqları bunlardır: Nərə,kütüm,sazan,çəki ,qızıl ve ağ balıq,farel, xan ve s.

Azərbaycanın milli şirniyyatları bunlardır: Paxlava- Əsasən romb şəkilində olan ve yazın gəlişi ərəfəsində Novruz bayramında bişirilən şirniyyatlardan biridir.

Şəki halvası-Paxlavanın xüsusi növlərindən biridir. Ən əsas Şəki rayonunun ən məhşur şirniyyatıdır.

Şəkərbura-Novruz bayramının simvollarından sayılan şirniyyat növüdür.Bayramda daha gözel görünməsi üçün hazırlanarken ,maqqaş ilə üzərinə bəzək vurulub bişirilir.

Badambura– şirinliyi paxlavadan biraz az olaraq içərisi vanil, badam ilə dolu olur.

Translate »